La Liqanın bərpa tarixi açıqlandı
İspaniya hökuməti La Liqanın iyunun 8-dən bərpasına icazə verib.
Sabah.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Pedro Sançes məlumat verib:
"Qarşımızda yeni üfüqlər açılır. Gündəlik bir çox fəaliyyətə qayıtmağın vaxtı gəldi. Bunların arasında 8 iyun tarixində geri qaytarılacaq milli futbol çempionatı da var".
Qeyd edək ki, futbol üzrə İspaniya çempionatının elitası olan La Liqa koronavirus səbəbindən mart ayından təxirə salınmışdı.
Daha çox