Bakıda ağac avtomobillərin üzərinə aşdı

ÖLKƏ
18:12
23 May 2020
66

Güclü külək səbəbindən Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat yayıb.

Qurum sürücülərə bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olmalarını tövsiyə edib:

"İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməyin".

BNA bir daha küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarından ehtiyyatlı olmalarını xahiş edib.

Xəbər lenti