“Trabzonda yanaraq ölənlər Azərbaycan vətəndaşları deyil” - Yenilənib

GÜNDƏM
18:57
23 May 2020
285

Türkiyədə 3 azərbaycanlı yol qəzası nəticəsində dünyasını dəyişib.

Sabah.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə bu gün Trabzonun Of qəsəbəsində baş verib.

Bildirilib ki, çay plantasiyasında çalışan işçilərin olduğu minik avtomobili elektrik dirəyinə çırpılıb və alov alıb. 61 MA 0611 dövlət nömə nişanlı maçını idarə edən Azərbaycan əsilli Fariş Farişov olub. Hadisə nəticəsində sürücü ağır yaralanıb, avtomobildə olan Azərbaycan əsilli 3 işçi isə yanaraq həlak olub.

***

“Türkiyədə Trabzonun Of rayonunda bir Azərbaycan vətəndaşı yaralanıb, hazırda onun həyati təhlükəsi yoxdur”.

Sabah.az xəbər verir ki, bu məlumatı APA-ya Azərbaycanın Türkiyədəki Səfriliyinin mətbuat xidmətinin rəhbəri Elvin Süleymanlı bildirib.

E.Süleymanlı deyib ki, hadisə barədə məlumat yayıldığı ilk andan etibarən səfirlik araşdırmalar aparıb, həm Of jandarması, həm Of xəstəxanası ilə əlaqə yaradıb, lakin məlum olub ki, ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur:

“Həyatını itirənlərdən ikisi Əfqanıstan, biri isə Türkiyə vətəndaşıdır. Yaralanan Azərbaycan vətəndaşı isə Trabzondakı Fərabi xəstəxanasına yerləşdirlib. Onun alt çənə sümüyü qırılıb, xəstəxana şəraitində müalicəsi davam edir”.

Qeyd edək ki, Türkiyənin “Hürriyet” qəzeti Of-Çaykara yolunda baş verən avtomobil qəzasında Azərbaycan əsilli 3 çay işçisinin yanaraq ölməsi haqqında məlumat yayıb.

Xəbər lenti