ATV-nin bütün əməkdaşları koronavirus testindən keçirilir - Video
Bir neçə gün əvvəl Azad Azərbaycan müstəqil teleradio kompaniyasının 2 əməkdaşı evdə hərarəti yüksək olduğu üçün həkimə müraciət ediblər. Koronovirus testi olunduqdan sonra hər iki əməkdaşın testinin ilkin nəticələri pozitiv çıxıb.
Sabah.az xəbər verir ki, bu barədə "ATV xəbər"də məlumat verilib.
Bildirilib ki, ATV telekanalının rəhbərliyi məsələyə dərhal reaksiya verib və müvafiq tədbirlər həyata keçirib. Telekanalın təşəbbüsü ilə digər əməkdaşlarının koronovirus testindən keçirilməsi üçün televiziyaya tibbi briqada dəvət olunub. 100 əməkdaş test olunub. Onlardan cəmi 2 nəfərdə testin ilkin nəticələri pozitiv çıxıb. Telekanalın digər əməkdaşları da növbəli şəkildə testdən keçirilir.
Daha çox