FİFA-dan “Səbail”in futbolçusunun xeyrinə qərar – 280 min dollar...

İDMAN
14:00
23 May 2020
93

FİFA “Səbail”in futbolçusu Lema Mabidinin şikayətini təmin edib.

Sabah.az sport365.fr saytına istinadən xəbər verir ki, konqolu yarımmüdafiəçi 4 il çıxış etdiyi sabiq klubu “Raca Kasablanka”nın (Mərakeş) ona olan borcu ilə bağlı dünyanın ali futbol qurumuna müraciət ünvanlayıb. Mərakeşlilər ona yeni müqavilə təklif etsələr də, o, ötən yay klubu tərk edib.

“Mənimlə müqaviləni daha 2 mövsüm uzatmaq istəyirdilər. Bildirdim ki, borcumu ödəməsələr, danışıqlar olmayacaq. Amma onlar pulumu vermədilər” – deyə “Səbail”li oyunçu bildirib.

FİFA-nın qərarına əsasən, “Raca Kasablanka” futbolçuya 280 min dollar ödəməlidir.

Xatırladaq ki, “Səbail” Mabidini bu ilin fevralında transfer edib.

Xəbər lenti