Qonşu ölkələrdə koronavirusla bağlı son statistika

XƏBƏR
13:16
23 May 2020
113

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı daha 9 min 434 nəfər artıb.

Sabah.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat verib.

Son 24 saatda pandemiyadan ölənlərin sayı daha 139 nəfər artıb.

Qeyd edək ki, Rusiyada pandemiyaya yoluxanların ümumi sayı 335 min 882 nəfər, virusdan sağalanların sayı 107 min 936 nəfər, ölənlərin sayı isə 3 388 nəfərdir.

Gürcüstanda koronavirusa yoluxanların sayı 728 nəfərə çatıb.

Bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında yer alıb.

Ümumilikdə ölkədə virusa yoluxan 509 nəfər sağalıb, ölənlərin sayı isə 12 nəfərdir.

Qeyd edək ki, hazırda karantində olanların sayı 3 259 nəfər, stasionar nəzarətdə olanların sayı 323 nəfərdir.

Ermənistanda koronavirusa yoluxanların sayı 6 302 nəfərə çatıb.

Bu barədə Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzin saytında məlumat verilib.

Məlumata görə, ölkədə son sutka ərzində daha 374 nəfərdə pandemiyaya yoluxma faktı aşkarlanıb. Həmçinin 3 nəfərin ölümü qeydə alınıb.

Qeyd edək ki, indiyədək Ermənistanda koronovirusdan ölənlərin sayı 77 nəfərdir.

Xəbər lenti