Bakıda 20 yaşlı oğlan yol qəzasında öldü

HADİSƏ
10:43
23 May 2020
138

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Samir Əliyev "Nissan" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək aşırıb. Hadisə nəticəsində S.Əliyev bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, sərnişini, 2000-ci il təvəllüdlü Azər Bədirli isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti