Bu gün Naxçıvana yeni Baş Nazir təyin olunacaq

GÜNDƏM
10:00
23 May 2020
133

Bu gün altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçiriləcək.

Sabah.az "Nuhçıxan"a istinadən xəbər verir ki, sessiyanın gündəliyinə 3 məsələ daxil edilib.

Bunlar Naxçıvan Muxtar Respublikasının Baş Nazirinin təyin edilməsi, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının seçilməsi daxildir.

Xəbər lenti