Bakıda qardaş qardaşı bıçaqladı

ÖLKƏ
09:20
23 May 2020
164

Bakının Sabunçu rayonunda iki qardaş arasında dava zamanı biri bıçaqlanıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Xanlar küçəsində 1970-ci il təvəllüdlü Həmidov İbrahim Ağaəmi oğlu qardaşı ilə mübahisə zamanı bıçaqlanıb. O, yaralı halda 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

Xəbər lenti