TƏBİB test sayını açıqladı

GÜNDƏM
22:57
22 May 2020
92

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 659 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 22-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 259 155 test edilib və 3 855 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 2 399 nəfəri sağalıb, 46-sı vəfat edib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 1106 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 59 xəstə sağalıb.

Xəbər lenti