Daha bir ölkədə mövsüm ləğv olundu
Meksika Liqasında 2019/2020 mövsümü koronavirus səbəbindən ləğv olunub.
Sabah.az liqanın saytına istinadən xəbər verir ki, bu mövsüm çempionun elan olunmayacağı vurğulanıb. Ölkə çempionatının ilk iki pilləsində yer alan "Krus Asul" və "Leon" klublarının növbəti mövsüm CONCACAF Çempionlar Liqasında mübarizə aparacağı bildirilib.
Qeyd edək ki, bundan əvvəl Meksika Liqasında klubların 5 mövsüm müddətində aşağı liqaya göndərilməməsinə qərar verildiyi açıqlanmışdı.
Daha çox