Başqa dövlətin vətəndaşlığını qəbul edən azərbaycanlıların nəzərinə
“Bu gün cənab Prezidentin imzaladığı yeni qanuna əsasən başqa dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşlarının 1 ay müddətində bu barədə məlumat verməməsi artıq cinayət məsuliyyətinə səbəb olmayacaq”.
Sabah.az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov “Facebook” hesabında qeyd edib. O, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun barədə açıqlama verərkən bildirib:
“Bu şəxslər 1 aylıq müddətin keçməsinə baxmayaraq, artıq heç bir əlavə narahatlıq olmadan məlumat verə bilərlər. Məlumat Miqrasiya Xidmətinin internet səhifəsi vasitəsilə elektron qaydada göndərilə bilər”.
Daha çox