Azərbaycanda karantin qaydaları sərtləşməyəcək
“Bugünkü yaranmış situasiya Azərbaycanda rejimi sərtləşdirməyə əsas vermir”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov keçirilən brifinqdə bildirib.
İ.Məmmədov qeyd edib ki, Operativ Qərargah şənbə və bazar günləri hərəkətin məhdudlaşdırılması barədə təklifi qəbul etməyib:
"Karantin rejiminin daha da yumşaldılması və ya ləğv edilməsi hələlik məqbul deyil. Vəziyyət olduğu kimi qalır. Yaxın günlərdə yekun qərar elan olunacaq”.
Daha çox