Çindən təxliyə olunan azərbaycanlılar Bakıda - Fotolar

GÜNDƏM
17:20
15 Fevral 2020
111

Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar Türkiyəyə təxliyə olunmuş Azərbaycan vətəndaşları fevralın 15-də Bakıya çatıblar.

Sabah.az "Azərtac"a istinadən xəbər verir ki, təxliyə olunmuş vətəndaşlarımız - Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov və Elşən Musazadə Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.

Xəbər lenti