Bakıda narkotik alverçilərinə qarşı əməliyyat keçirildi - Foto

XƏBƏR
14:41
22 May 2020
134

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələrin satışı ilə məşğul olan Binəqədi qəsəbəsi sakinləri əvvəllər məhkum olunmuş Ruhin Səttarov, Kübra Həsənova, Tərlan İsrafilov və Nəcəf Əsədi saxlanılıblar.

Onların üzərilərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti