Tanınmış rus futbolçu koronavirusa yoluxdu
Rusiyanın "Ural" klubunun futbolçusu Pavel Poqrebnyak koronavirusa yoluxub.
Sabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun testi müsbət nəticələnib. Ounun yüngül simptomlar yaşadığı və həkim nəzarətində olduğu bildirilir.
Qeyd edək ki, Rusiya millisinin sabiq üzvü ölkəsində "Dinamo" (Moskva), "Zenit" və "Spartak" (Moskva), İngiltərədə "Fulhem", "Ridinq", Almaniyada isə "Ştutqart"ın formasını geyinib.
Daha çox