"Bu, ikinci dalğa da ola bilər, üçüncü də"

ÖLKƏ
10:48
22 May 2020
76

“İkinci dalğa sualı çox verilir və hər dəfə də deyirəm ki, koronavirusun ikinci dalğasından qorxmaq lazım deyil”.

Sabah.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda yoluxma saylarının artmasının ikinci dalğa olub-olmadığını bilmək üçün geriyə dönüb baxmaq lazımdır: “Bəli, karantin şərtləri yumşaldıldıqdan sonra yoluxmaların sayında artım oldu. Bu, ikinci dalğa da ola bilər, üçüncü də. Biz hazırda düzgün müalicə və peyvəndi gözləyərək yeni qaydalara əmək etməliyik. Maskalar, əl gigiyenası, fiziki məsafə, otaqların havalandırılması ən azı il sonuna qədər davam etməlidir”.

Xəbər lenti