Pandemiyaya qarşı vaksin nə vaxt tətbiq ediləcək?
“8 vaksinin insanlar üzərində test edilməsinə başlanılıb”.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı “REACT-C19” layihəsinin ilkin nəticələrinə dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vaksinlə bağlı dünyanın hər yerində 100-dən çox vaksinlə bağlı araşdırma aparılır: “Bir vaksin tam güvənli olmadığı təqdirdə bütün əhaliyə tətbiq edilməsi doğru deyil. Gözləyirik ki, ilin sonuna kimi bir-iki vaksinin istifadəsi mümkün olsun”.
H.Harmacı qeyd edib ki, “REACT-C19” layihəsi iyun ayının sonunda bitir: “Nəticələr yenidən müzakirə olunacaq və yekun qərara veriləcək ki, davam etməlidir, ya sonlanmalıdır”.
Daha çox