Bakıda jurnalist koronavirusa yoluxdu

ÖLKƏ
01:20
22 May 2020
79

İdman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, A.Cəfərsoy bu barədə şəxsi “Facebook” hesabında paylaşım edib. O, iki həftədir güclü öskürək və yüksək qızdırmadan əziyyət çəkdiyini bildirib:

"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".

Xəbər lenti