Meksika klubunun 8 futbolçusunda koronavirus aşkarlandı

İDMAN
00:57
22 May 2020
80

Meksikanın “Santos Laquna” klubunun 8 futbolçusu koronavirusa yoluxub.

Sabah.az xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. “Santos Laquna”nın 8 futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Futbolçuların adları isə açıqlanmayıb.

Xatırladaq ki, Meksikada koronavirus pandemiyasına görə çempionatlara erkən yekunlaşdırılıb.

Xəbər lenti