Daha 6 887 nəfər koronavirus testindən keçdi
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 887 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 21-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyədək ölkədə 252 469 test edilib və 3 749 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 2 340 nəfəri sağalıb, 44-ü vəfat edib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 118 yeni yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib, 87 xəstə sağalıb.
Daha çox