100 vətəndaşımız Polşadan təxliyə edildi - Fotolar

ÖLKƏ
21:16
21 May 2020
22

"Azərbaycan Hava Yolları" (AZAL) ölkə vətəndaşlarının vətənə qaytarılması üçün çarter reysləri həyata keçirməyə davam edir.

Sabah.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Bildirilib ki, mayın 21-də Varşavadan Bakıya 100 Azərbaycan vətəndaşının olduğu çarter reysi yerinə yetirilib.

Müəyyən edilmiş qaydalara uyğun olaraq, Polşanın paytaxtından gələn bütün sərnişinlər karantinə yerləşdirilib.

Qeyd edək ki, AZAL bundan əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq Berlindən çarter reysi həyata keçirib.


Xəbər lenti