MSK 220-dən çox videonu araşdırır

GÜNDƏM
15:37
15 Fevral 2020
97

Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında sosial şəbəkələrdə seçki prosesi zamanı çəkilən və pozuntu olduğu iddia edilən videogörüntülərlə bağlı müzakirə aparılıb.

Sabah.az xəbər verir ki, MSK sədri Məzahir Pənahov bildirib ki, təxminən 30 dairə üzrə 220-dən artıq videogörüntü əldə edilib və araşdırılır.

"Onların bəziləri sosial şəbəkələrdə paylaşılıb, bəziləri birbaşa bizə daxil olanlardır. Kifayət qədər yaxşı mütəxəssislər bu görüntüləri araşdırır", - deyə o, qeyd edib.

Xəbər lenti