DSMF-nin rayon şöbəsinin müdiri və 3 əməkdaşı işdən çıxarıldı
                
14:30
21 May 2020
235Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin rəisi Arif Tahirov və şöbənin 3 əməkdaşı işdən çıxarılıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, onlar işdə yol verdiyi nöqsanlara görə tutduqları vəzifələrdən azad olunublar.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı faktı təsdiqləyib.
Daha çox