İmişlinin yeni başçısı kimdir?
13:34
21 May 2020
458Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün İmişli rayonuna yeni icra başçısı təyin edib.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeni başçı Rzayev Elçin Adil oğlu 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib.
Ondan əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib.
E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb.

Daha çox