Yeni icra başçısı YAP Gənclər Birliyinin sədridir
Bu gün Prezident İlham Əliyev Seymur Orucovu Ağstafa Rayon İcra Hakimiyyətinə başçı təyin edib.
Sabah.az xəbər verir ki, 1984-cü il təvəllüdlü S.Orucov Naxçıvan Muxtar Respublikasında anadan olub.
2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinə daxil olub, daha sonra elə həmin universitetdə magistratura oxuyub.
2009-2011-ci illərdə İqtisad Universitetinin Tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışıb.
O, 2010-cu ildə Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2011-ci ildə isə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri seçilib.
Qeyd edək ki, S.Orucov Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyevin bacısı oğlu, sabiq deputat və rektor Şəmsəddin Hacıyevin isə kürəkənidir.
Daha çox