Bakıda intihara cəhd edən qız nəzarətə götürüldü - Yenilənib
Bakıda gənc qız intihara cəhd edib.
Sabah.az FHN-ə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Hazırda həmin şəxsi fikrindən yayındırmaq üçün danışıqlar aparılır.
***
Körpünün üzərindən özünü ataraq intihar etmək istəyən qız nəzarətə götürülüb.
Bu barədə məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb. Bildirilib ki, məsələ Komitə tərəfindən nəzarətə götürülüb və səlahiyyət daxilində məsələnin araşdırılması istiqamətində iş aparılır.
Qeyd edək ki, bu gün Bakıda gənc qızın intihara cəhdinin qarşısı alınıb.
Daha çox