“Nəsimi bazarı” sökülür
Azadlıq prospekti ilə Mirasadulla Mirqasımov küçəsinin kəsişməsində yerləşən məşhur "Nəsimi bazarı"nın metal konstruksiyalarının sökülməsinə başlanılıb.
Sabah.az xəbər verir ki, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətindən "1news.az"a verilən məlumata görə, bazarın bir hissəsinin hələ də fəaliyyət göstərməsinə baxmayaraq, onun əsas (örtülü) hissəsinin sökülməsinə başlanılıb.
“Bazarın yanında artıq üç yeni yaşayış binası tikilir, görünür, burada da yeni tikilinin inşası gözlənilir”, - Nəsimi RİH-dən bildirilib.
Daha çox