İtaliyada liqalarla bağlı qərar verildi
İtaliyada koronavirus pandemiyasına görə dayandırılan 2019/20 mövsümünün başa çatacağı və növbəti mövsümün başlama tarixləri açıqlanıb.
Sabah.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) rəsmi saytı məlumat yayıb.
FIGC-in Federal Şurasının telekonfrans formatındakı iclasında A, B və C seriyalarının avqustun 20-dək yekunlaşdırılması, növbəti mövsümün isə sentyabrın 1-də başlanmasına qərar verilib.
Federasiya mövsümün yenidən dayanacağı təqdirdə çempionatın qısa pley-off şəklində başa çatdırılacağını da açıqlayıb.
C Seriyasından aşağı olan bütün liqalar, həmçinin həvəskarlar arasındakı çempionatların ləğv olunduğu da elan edilib.
Qeyd edək ki, daha əvvəl İtaliyada çempionatların iyunun 13-də bərpa olunacağı açıqlansa da, daha sonra ölkə rəhbərliyi kütləvi tədbirlərin təşkilinə qoyulan qadağanın iyunun 14-dək uzadıldığını bəyan etmişdi.
Daha çox