Məşhur futbolçu karyerasını bitirdi

İDMAN
21:55
20 May 2020
72

İspaniyanın "Atletik" klubunun futbolçusu Aritz Aduriz karyerasını başa vurub.

Sabah.az xəbər verir ki, bu barədə Bilbao təmsilçisinin saytı məlumat yayıb.

Bildirilib ki, o, səhhətindəki problemlər səbəbindən bu addımı atıb.

Qeyd edək ki, 39 yaşlı hücumçu "Atletik"də 21-ci əsrin ən yaxşı bombardiridir.  İspan oyunçu 407 matçda 172 qol vurub.

Xəbər lenti