Həyat yoldaşına 5 bıçaq zərbəsi vuraraq öldürdü - Yenilənib

HADİSƏ
23:31
20 May 2020
114

Mingəçevirdə 37 yaşlı qadın bıçaqlanıb.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib.

1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. İki uşaq anası olan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadına beş bıçaq zərbəsi vurulub.

Faktla bağlı araşdırma başlanılıb.

***

Mingəçevirdə həyat yoldaşı tərəfindən bıçaqlanan qadın dünyasını dəyişib.

37 yaşlı Fərqanə İsayeva həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, xəstəxanada keçinib.

Faktla bağlı hazırda istintaq araşdırmaları aparılır.

Xəbər lenti