Bu tələbələr imtahandan azad edildi - Nazirlik rəsmisi açıqladı+Video

ÖLKƏ
21:24
20 May 2020
126

Sonuncu kursda təhsil alan tələbələr, eləcə də orta ixtisas təhsili müəssisələrində oxuyanlar dövlət imtahanı vermədən məzun ola biləcəklər. Bunun üçün onların akademik borclarının olmaması kifayətdir.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin "Koronavirus pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarını şərh edən Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov deyib.

Onun sözlərinə görə, yalnız bəzi ixtisaslarda buraxılış işinin universitetə təqdim olunması tələb oluna bilər.

Nazirliyin sektor müdiri tələbələrin təqaüd ala bilmələri üçün onlara güzəşt ediləcəyini də deyib. Odur ki, tələbələrin imtahanlarda iştirak edərək qiymətlərini düzəltmələri üçün sentyabrın 15-dək vaxt veriləcək.

Həyata keçirilən tədbirlərdən ən önəmlisi isə akademik borcların, yəni kəsirlərin verilməsi ilə bağlıdır. Belə ki, öncədən mövcud olan, ancaq 2 kəsir vermək məhdudiyyəti aradan qaldırılıb.

Yaşar Ömərov onu da bildirib ki, hətta əvvəlki illərdən əlavə 2 kəsiri olanlar da imtahan verərək borclarını ödəyə bilərlər. Həm universitetlərdə, həm də kolleclərdə son kursda yox, digər kurslarda oxuyanların yekun qiymətləri isə həmin təhsil müəssisələrinin elmi şuralarının qərarı ilə Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək. Qiyabi təhsil alanlar da eyni qaydalardan faydalana biləcəklər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti