Avro-2020-ni keçirməyə təminat verməyən şəhərlər bəlli oldu
Avro-2020-nin oyunlarını qəbul etməklə bağlı UEFA-ya rəsmi təminat verməyən şəhərlər bəlli olub.
Sabah.az “The Times”a istinadən xəbər verir ki, bunlar İngiltərənin London və Niderlandın Amsterdam şəhərləridir.
Bu paytaxtlar 2021-ci ildə keçirilməsi nəzərdə tutulan final mərhələsinin görüşlərini qəbul etməyə hazır olduğunu təsdiqləməyib. Məhz bu səbəbdən UEFA İcraiyyə Komitəsinin mayın 27-də keçirilməsi planlaşdırılan videokonfransının vaxtı iyunun 17-nə dəyişdirilib.
Qeyd edək ki, Londondakı “Uembli” stadionunda 7 matçın keçirilməsi nəzərdə tutulub. Bunlardan üçü qrup mərhələsində, biri 1/8, ikisi yarımfinal, sonuncusu final qarşılaşmasıdır. Amsterdamdakı “Yohan Kroyff Arena”da isə üç qrup və bir 1/8 final matçı planlaşdırılır.
Əlavə edək ki, Bakı da daxil olmaqla digər şəhərlər UEFA-ya lazımi zəmanət göndəriblər. 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək Avro-2020-nin matçları 12 şəhərində olmalıdır.
Daha çox