Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarların sayı artırıldı

XƏBƏR
19:17
20 May 2020
89

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin mayın 18-dən etibarən yumşaldılması ilə əlaqədar sərnişinlərin sayının artması müşahidə olunur.

Sabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara tələbatı nəzərə alaraq, mayın 20-dən  xəttə əlavə qatar  buraxılıb. Bununla əlaqədar Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində  dəyişiklik edilib.

Qatarların yeni hərəkət qrafiki ilə ətraflı aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Xəbər lenti