Bu uşaqların onlayn müsahibələrə qeydiyyatı təxirə salındı

ÖLKƏ
15:15
20 May 2020
168

Tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibələrə qeydiyyatı təxirə salınıb.

Sabah.az xəhbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, müsahibələr üçün qeydiyyata iyunun 1-dən start veriləcək. Bu gündən isə tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb.

İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə SMS bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Xəbər lenti