Bu tələbələrin kəsr imtahanlarının sayına məhdudiyyət qoyulmur
"Əgər tələbənin imtahan sessiyasında bir və ya bir neçə fəndən akademik borcu olarsa, tələbəyə həmin fənlərdən təkrar imtahan vermək şansı veriləcək".
Sabah.az xəbər verir ki, Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov bildirib.
"Tələbələr əvvəlki illərdə maksimum 2 fəndən imtahan verə bilirdisə, hazırki dəyişikliyə əsasən onlar kəsri olan bütün fənlərdən imtahan verə bilərlər. Bundan başqa, aşağı kursdan da kəsri olan tələbələr də imtahan verə bilər. Ancaq bu zaman məhdudiyyət qoyulacaq. Belə ki, onlar 2 fəndən imtahan verə biləcəklər.
Hazırda cari ildə yaranan kəsrlərin imtahan sayında məhdudiyyət qoyulmur. Fənn üzrə kreditin 25 faizi ödənişi hazırda ləğv olunub və bu imtahanlar tam ödənişsiz həyata keçiriləcək. Bu şərait tələbələrə sentyabr ayının 15-nə kimi yaradılıb.
Əgər tələbə düşünürsə ki, imtahan sessiyasına hazır deyil, onlayn dərslərdə iştirak edə bilməyib, ona əlavə icmal dərsləri təşkil olunmalıdır, bu məsələ də nəzərə alınacaq. Həmin tələbə üçün 2-3 həftəlik icmal dərsləri təşkil oluna bilər. Tələbə imtahanda iştirak edə bilməyəcəksə, bunu ali təhsil müəssisəsinə bildirməlidir. Tələbə sonradan həmin fəndən rahat imtahan da verə bilər”.
Daha çox