Ronaldo “Yuventus”la məşqlərə başladı - Video
İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştiano Ronaldo komandanın mayın 19-da keçirilən məşqində iştirak edib.
Sabah.az xəbər verir ki, 35 yaşlı hücumçu məşqdən əvvəl lazımi tibbi testlərdən keçib. Futbolçular klubun bazasında kiçik qruplar halında çalışıblar.
Qeyd edək ki, bu, Turinə mayın 5-də qayıdan Ronaldonun 14 günlük karantindən sonra ilk məşqidir.
Daha çox