Bakıda qəzalı vəziyyətdə olan binaların sayı açıqlandı - Video
Bakıda bəzi binalar köhnə olduğu üçün vaxtaşırı onlarda çatlama, hətta balkonlarının uçması halları baş verir.
Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, son vaxtlar belə halların sayının artması aidiyyəti qurumları hərəkətə keçirib.
Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı Departamentinin əməkdaşı Elçin Həşimov deyib ki, paytaxt ərazisində qəzalı vəziyyətdə olan binalar ötən əsrin ortalarında tikilib.
Onun sözlərinə görə, hələ 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə Bakıda 3 min qəzalı bina ilə bağlı qərar verilib. Hazırda isə Bakıda 900-ə yaxın qəzalı vəziyyətdə olan bina var.
E.Həşimov bildirib ki, qarşıdakı illərdə Nazirlər Kabinetinin qərarına əsasən, Bakı şəhərində bir dənə də olsun qəzalı bina qalmayacaq. Bu iş mərhələli şəkildə həyata keçiriləcək.
Qeyd edək ki, pilot layihə çərçivəsində paytaxt ərazisində işlərin 40-50 faizi görülüb. İlin sonuna qədər plana düşən binaların yerində müasirləri inşa ediləcək.
Xatırladaq ki, mayın 16-da Nərimanov rayonu ərazisində yerləşən binalardan birinin 3-cü mərtəbəsinin balkonu uçmuşdu.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha çox