Avropanın nəhəng klublarından yeni turnir

İDMAN
22:20
19 May 2020
67

"Real" (İspaniya), "Bavariya" (Almaniya) və "İnter" (İtaliya) koronavirusla qarşı mübarizə aparan Avroapdakı tibbi müəssisələrə dəstək olmaq məqsədi ilə turnir təşkil etmək qərarına gəlib.

Sabah.az "İnter"in saytına istinadən xəbər verir ki, "Avropa Həmrəylik Kuboku - Qəhrəmanlar üçün futbol" adlı turnir gələn il təşkil ediləcək. "Real", "Bavariya" və "İnter"in iştirak edəcəyi turnirin görüşləri Madrid, Münhen və Milanda keçiriləcək. Oynanılacaq matçlardan əldə olunan gəlirlər koronavirusla mübarizənin qəhrəmanları olan tibbi işçilərinə verilməsi üçün tibbi müəssisələrə göndəriləcək.

Matçların təqviminin daha sonra elan ediləcəyi vurğulanıb.

Xəbər lenti