Almaniyadan 188 vətəndaşımız Bakıya gətirildi - Fotolar
Bu gün Azərbaycanın milli aviadaşıyıcısı tərəfindən Berlindən (Almaniya) Bakıya çarter reysi yerinə yetirilib.
Sabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən mlumat verilib.
Bildirilib ki, həmin reyslə 188 nəfər Azərbaycan vətəndaşı çatdırılıb. Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
Qeyd edək ki, həmyerlilərimizin vətənə çatdırılması üçün çarter reysləri AZAL tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun həyata keçirilir.
Daha çox