UEFA növbəti dəfə klublarımıza pul ödədi

İDMAN
19:15
19 May 2020
70

UEFA Azərbaycan Premyer Liqasında çıxış edən klublardan 7-si üçün  ödənişlər edib.

Sabah.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına aşağıdakı cədvəl əsasında UEFA-dan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

"Neftçi" - 15 446.42 avro
 
"Səbail" - 15 446.42 avro
 
"Qəbələ" - 15 446.42 avro
 
"Zirə" - 15 446.42 avro
 
"Sumqayıt" - 15 446.42 avro
 
"Sabah" - 15 446.42 avro
 
"Keşlə" - 15 446.42 avro

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

Xəbər lenti