Bakıda iki avtomobil toqquşdu, sürücü öldü
Xətai rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, qəza mayın 17-də saat 21 radələrində qeydə alınıb.
Bakı şəhər sakini Taleh Hüseynovun idarə etdiyi “Mercedes” və paytaxt sakini N.Bağırovun idarə etdiyi “Ssang-Young” markalı avtomobillər toqquşub. Nəticədə T.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb, N.Bağırov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Daha çox