“Bazarstore”da lift şaxtasına düşən qız öldü

HADİSƏ
10:06
19 May 2020
184

Mayın 10-da Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında lift şaxtasına düşən qız ölüb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub. Mayın 18-i günorta saatlarında A.Əliyeva xəstəxanada vəfat edib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti