Bakı-Naxçıvan arasında sərnişindaşıma ancaq bu hallarda həyata keçirilir - Rəsmi

ÖLKƏ
18:34
18 May 2020
86

Bakı-Naxçıvan arasında sərnişindaşıma zəruri hallarda həyata keçirilir.

Sabah.az “Trend”ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, Bakı-Naxçıvan arasında gediş-gəlişə qoyulan məhdudiyyət insanların təhlükəsizliyi üçündür:

“Hərbçilərin daşınması və digər zəruri proseslər müəyyən şərtlər əsasında baş tutur. Bu istiqamətdə qoyulan qadağalar sarı zonada olan Naxçıvan əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır”.

Xəbər lenti