Maska taxıb məsafə saxlamasaz, yoluxa bilərsiz
Yalnız maskadan istifadə və ya ancaq sosial məsafəni gözləmək koronavirusun yoluxmasının qarşısını almır.
Sabah.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, tədqiqatlara əsasən, ayrı-ayrılıqda maskanın istifadəsi və ya sosial məsafənin gözlənilməsi virusdan qorunmaq üçün yetərsizdir. Bu halda yoluxma baş verə bilər.
Pandemiya dövründə kontrollu sosial həyat üçün maska taxmaqla yanaşı, sosial məsafəni də qorumaq lazımdır.
Daha çox