Ən qoca futbolçu ilə görüşdü - 52 yaşı var

İDMAN
16:35
14 Fevral 2020
306

Yaponiyanın “Vissel Kobe” klubunun kapitanı Andres İnyesta dünyanın hazırda futbolçu karyerasını davam etdirən  ən yaşlı futbolçusu Kazuyoşi Miura ilə görüşüb

Sabah.az xəbər verir ki, görüş Yaponiya çempionatında yeni mövsümün startı ərəfəsində təşkil edilən mətbuat konfransında gerçəkləşib.

Bununla bağlı şəxsi Tvitter səhifəsində paylaşım edən İnyesta “Yaponiya futbolunun əfsanəsi ilə görüş xoş oldu” yazıb.

Qeyd edək ki, 52 yaşlı Miura “Yokohama” klubunda çıxış edir. Hücumçu Yaponiya millisində 89 oyuna 55 qol vurub.

Xəbər lenti