Rusiya Premyer Liqasında koronavirusa ilk yoluxma
Rusiyanın "Lokomotiv" klubunun futbolçusu Cefferson Farfan koronavirusa yoluxub.
Sabah.az xəbər verir ki, bunu "championat"a açıqlamsında paytaxt təmsilçisinin direktorlar şurasının sədri Anatoli Meşeryakov deyib.
Perulu hücumçunun testinin müsbət nəticə verdiyini bildirən klub rəsmisi onun heç kimlə təmasda olmadığını da qeyd edib. Meşeryakov məşqlərin bərpasından sonra təlimata uyğun hərəkət edəcəklərini də vurğulayıb.
Qeyd edək ki, Farfan Rusiya Premyer Liqasında koronavirusa yoluxan ilk futbolçudur. 2017-ci ildən "Lokomotiv"də çıxış edən 35 yaşlı oyunçunun Moskva təmsilçisi ilə müqaviləsi mövsümün sonuna qədərdir.
Daha çox