Qənirə Paşayevadan spiker olacağı xəbərinə münasibət

ÖLKƏ
16:26
14 Fevral 2020
136

Parlament seçkilərində 105 saylı Tovuz seçki dairəsindən qalib olan Qənirə Paşayeva Milli Məclisin sədri olacağı ilə bağlı iddialara cavab verib.

Sabah.az xəbər verir ki, bu barədə “Facebook”dan açıqlama verən xanım deputat yayılan məlumatların əsassız olduğunu deyib:

“Milli Məclis sədri olacağım barədə əsassız xəbərlər dolaşmaqdadır. Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır. Mən isə bitərəfəm. Digər tərəfdən, yeni Milli Məclisin tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq. Xahiş edirəm, əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.

Xəbər lenti