Bundesliqa bərpa olundu, qolu qucaqlaşmadan qeyd etdilər - Video

İDMAN
19:58
16 May 2020
80

Almaniya Bundesliqası bu gün bərpa olunub.

Sabah.az xəbər verir ki, bərpadan sonra ilk qol "Borussiya" (Dortmund") - "Şalke" görüşündə vurulub. 29-cu dəqiqədə meydan sahiblərindən Erlinq Holand fərqlənib.

Amma norveçli hücumçu qol vurduqdan sonra koronavirusa görə tətbiq edilən sosial məsafə səbəbindən futbolçular qucaqlaşmayıblar.  Komanda yoldaşları bu zaman Holandı alqışlayıblar.

Eyni zamanda ehtiyyat oyunçular skamyasında əyləşən futbolçular da maska taxıb və bir-birlərindən aralı şəkildə əyləşiblər.

Qarşılaşma "Borussiya"nın 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti