DTX-nın saxladığı generalla bağlı qərar verildi
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin keçmiş müavini, general Əfqan Nağıyev və onun tabeliyində olan 4 vəzifəli şəxs barəsində məhkəmə qərarı verilib.
Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onların hər biri barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə.Nağıyevlə birlikdə DSX-nın Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb.
Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və mütəşəkkil dəstə tərəfindən rüşvət alma maddələri ilə ittiham olunur.
Daha çox